Qeyd etmək lazımdır ki, sözügedən sistemin beta versiyası keçən ilin Noyabr ayında təqdim olunmuşdu.
Yeni sistem - ikitərəfli təhlükəsizlik sistemi WhatsApp hesabını daha yaxşı qorumağa imkan verir.
Bu funksiyanı aktiv edəndən sonra SIM nömrədən əlavə, aktivasiya üçün 6 rəqəmli şifrə tələb olunacaq. Bu şifrəni isə istifadəçi özü yaratmalıdır. Əgər istifadəçi nömrəni digər smartfona taxsa onda növbəti 7 gün ərzində şifrə olmadan WhatsApp üçün həmin nömrəni təsdiq edə bilməyəcək. Bu cür təhlükəsizlik sistemi WhatsApp istifadəçisinin məlumatlarını qorumaq üçün nəzərdə tutulduğu bildirilir.

No comments:
Post a Comment