Sevgililər gününə özəl






Xiaomi, orta səviyyə xüsusiyyətlərə sahib yeni telefonu Redmi Note 4X-i elan etdi. Cihaz, 14 fevral-dan etibarən bir neçə fərqli versiyada satışa çıxacaq. 14 fevral sevgililər günü üçün bir sürpriz hazırlayan XiaomiRedmi Note 4X-in təqdimatını reallaşdırdı.


144 dollar qiymət etiketi ilə satışa çıxacaq olan telefonun bir də xəyali xarakter Hatsune-yə uyğunlaşdırılmış versiyası var. Bunun qiyməti isə 188 dollar olacaq. Hatsune sticker-li cihaz, normal versiya ilə eyni xüsusiyyətlərə sahib kimi görsənir, ancaq bu cihazı satın alanlar üçün məhdud sayda powerbank, telefon üçün özəl korpus və gələcək zamanda Hatsune mövzusunu yükləmə şansına sahib olacaqlar.

Redmi Note 4X-in xüsusiyyətləri bunlardır:

5.5 inç ölçüsündə və 1080p keyfiyyətində ekran
Snapdragon 625 prosessor
3 GB RAM və 32 GB daxili yaddaş sahəsi
13/5 MP keyfiyyətində arxa və ön kamera
4100mAh gücündə batareya
Android Marshmallow 6.0 əməliyyat sistemi
İki SIM kart dəstəyi

No comments:

Post a Comment