Galaxy S8 üçün yeni qərar



SamsungGalaxy Note 7 batareyalarında yaranan problemlərdən sonra gözlənilən Galaxy S8 rəhbərliyi çox təmkinli görünürlər. Yeni bir problemə icazə vermək istəməyən şirkət bu məsələni fərqli yolla həll etmək istəyir.

Samsung Galaxy Note 7 modeli  üçün batareyaları Samsung SDI və çin şirkəti olan ATL təmin edirdi. Bu cihazdakı batareya xətalarının bu iki şirkətin xətası olduğu dəqiqləşdi. Belə olduqdan sonra Samsung-un Galaxy S8 mödeli üçün batareyaları Yapon şirkətlərindən birinə həvalə ediləcəyi deyilir.
Galaxy S8 batareyalarını təmin edəcək Yaponiya şirkəti olan  Murata Manufacturing Work,  eyni zamanda keçən ilin iyul ayından bu tərəfə Sony-nin batareya işlərini də davam etdirir. Şirkətin Galaxy S8 batareyalarının ikinci tədarükçüsü olacağı deyilib. Samsung, özünün SamsungSDI şirkətinin məhsullarından əl çəkməyib. 

No comments:

Post a Comment