
Unity və digər proqramlarda 3D formatında oyun hazırlamaq istəyənlərin - daha çox 3Ds Max proqramından istifadə edə bilməyənlər üçün asan modelləmə və animasiya üsulları lazım olur. Bunun üçün bir neçə müxtəlif üsullar var. Adobe və Autodesk şirkətləri bunun üçün asan yollar yaratmışdır.
Adobe şirkətinin təqdim etdiyi Adobe Fuse proqramı vasitəsilə bu daha asan olmuşdur. Bunun üçün Adobe-un rəsmi saytından Fuse proqramını yükləməyiniz kifayətdir. Proqramın interfeysi istifadəçilər üçün çox rahat hazırlanmışdır.
Autodesk şirkəti isə bu problemi həll etmək üçün online üsul təklif etmişdir. Bunun üçün Character Generator saytından qeydiyyatdan keçib öz modelinizi yarada bilərsiniz. Əlbəttə bəzi funksiyalar üçün pul ödəməniz gərəkli ola bilər. Amma pulsuz istifadə edərək də normal modellərinizi hazırlayıb oyunlarınızda istifadə edə bilərsiniz.
Uğurlar.


No comments:
Post a Comment